Səttar Möhbalıyev Regional məsələlər komitəsinin iclasında çıxış edib | DEFAKTO.AZ Səttar Möhbalıyev Regional məsələlər komitəsinin iclasında çıxış edib – DEFAKTO.AZ

Səttar Möhbalıyev Regional məsələlər komitəsinin iclasında çıxış edib

121

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AİA.Az-a bildirilib ki, sentyabrın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, deputat Səttar Möhbalıyev  komitənin iclasında iştirak edib.
İclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat və payız sessiyası üçün iş planının layihəsi müzakirə olunub.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Səttar Möhbalıyev çıxış edərək 2020-ci il yaz və növbədənkənar sessiyalar ərzində təmsil etdiyi bölgədə seçicilərlə keçirdikləri görüşlər, vətəndaşların qaldırdıqları məsələlər, mövcud problemlərin həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Millət vəkili ölkənin ictimai-siyasi həyatında baş verən son hadisələr, o cümlədən Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilən təxribatla bağlı öz fikirlərini də səsləndirib.
İclasda komitənin 2020-ci il yaz və növbədənkənar sessiyalarında fəaliyyəti müsbət qiymətləndirilib, payız sessiyanın iş planı təsdiqlənib.

AIA.Az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir