“Bu il əkin sahələrində 31 yanğın hadisəsi baş verib və onların meşələrə keçməsinin qarşısı alınıb”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.
Onun sözlərinə görə, ötən il 513 hektar meşə ərazisində yanğın hadisəsi olub:
“Bu il aparılan qabaqlayıcı tədbirlər nəticəsində 25 hektar meşə ərazisində yanğın olub”.
“Yanğın hadisələri zamanı əsasən kol və quru otlar yanıb, əsas meşə ərazisinə ziyan dəyməyib”, – deyə o qeyd edib.
Araşdırma
Bu il Azərbaycanda nə qədər meşə ərazisi yanıb? – AÇIQLAMA
By DEFAKTOSen 18, 2020, 17:49 axşam
138
Previous PostAzərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib - FOTOLAR
Next PostTofiq Yaqublu evə buraxıldı