İnternet istifadəçilərinin NƏZƏRİNƏ: Bəzi tariflər ləğv edilir | DEFAKTO.AZ İnternet istifadəçilərinin NƏZƏRİNƏ: Bəzi tariflər ləğv edilir – DEFAKTO.AZ

İnternet istifadəçilərinin NƏZƏRİNƏ: Bəzi tariflər ləğv edilir

94

Avqustun 6-dan etibarən 4 mbit/s və 10 mbit/s optik internet tarifləri ləğv edilir.

Bu barədə “Aztelekom” MMC məlumat yayıb.

Bildirilib ki, bu tariflərin istifadəçiləri üç qat daha sürətli olan 15 mbit/s və 30 mbit/s tarif paketlərinə keçiriləcək.

Xatırladaq ki, “Aztelekom” 1996-cı ildən fəaliyyət göstərən eyniadlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manatdır. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.