AZPROMO-da Qırğızıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə edildi | DEFAKTO.AZ AZPROMO-da Qırğızıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə edildi – DEFAKTO.AZ

AZPROMO-da Qırğızıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə edildi

42

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Qırğızıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Kayrat Osmonaliyev arasında görüş keçirilib.

Bu barədə “DEFAKTO.az”a AZPROMO-dan bildirilib.

Görüşdə 2022-ci ilin aprel ayında Azərbaycan və Qırğızıstan işgüzar dairələri arasında keçirilən tədbirin iqtisadi əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb, irəli gələn məsələlərin icrası ilə bağlı görülən işlər müzakirə olunub.

Bununla yanaşı, görüşdə qarşılıqlı biznes missiyaların təşkili məsələləri, iqtisadi əməkdaşlığın inkişafı perspektivləri istiqamətində fikir mübadiləsi aparılıb.