Prezident Pakistanla əməkdaşlıq sahəsində Memorandumu təsdiqlədi – FƏRMAN | DEFAKTO.AZ Prezident Pakistanla əməkdaşlıq sahəsində Memorandumu təsdiqlədi – FƏRMAN – DEFAKTO.AZ

Prezident Pakistanla əməkdaşlıq sahəsində Memorandumu təsdiqlədi – FƏRMAN

40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikası ilə əməkdaşlıq sahəsində fərman imzalayıb.

Bu barədə DEFAKTO.az xəbər verir.

Fərmana əsasən, 2022-ci il mayın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Pakistan İslam Respublikasının Xaricdə Yaşayan Pakistanlılarla İş və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.