Sloveniyanın sahil şəhərlərində quraqlıq səbəbindən su istehlakı məhdudlaşdırılıb | DEFAKTO.AZ Sloveniyanın sahil şəhərlərində quraqlıq səbəbindən su istehlakı məhdudlaşdırılıb – DEFAKTO.AZ

Sloveniyanın sahil şəhərlərində quraqlıq səbəbindən su istehlakı məhdudlaşdırılıb

8

Sloveniyanın dənizkənarı şəhərlərində yaşanan quraqlıq səbəbindən su istehlakı məhdudlaşdırılıb və sakinlərə sudan daha qənaətlə istifadə etmək tövsiyə olunub.

Dənizkənarı Koper, İsola, Piran və Ankaran şəhərlərinin merlərinin birgə bəyanatında deyilir ki, həddindən artıq quraqlığın səbəb olduğu vəziyyət narahatlıq doğurur. Buna görə də bu şəhərlərdə kommunal xidmətlər ictimai yaşıllıq sahələrində suvarma sistemlərini və bütün çimərliklərdə duşları bağlayacaq, ağaclar və gül çəmənləri isə yalnız su anbarlarından və digər su mənbələrindən suvarılacaq.

Bundan başqa, şəhərlərdə ictimai yerlərdə fəvvarələr və içməli su fəvvarələri də fəaliyyətini dayandıracaq.

İctimai ayaqyollarında suyun rasional istifadəsi ilə bağlı çağırışlar olacaq. Avtomobilləri yalnız təkrar emal edilmiş sudan istifadə edən avtoyuma məntəqələrində yumaq mümkün olacaq.

Bələdiyyə sədrləri sakinləri, mehmanxana və şəxsi mənzillərin sahiblərini sudan mümkün qədər qənaətlə istifadə etməyə, həmçinin turistləri və qonaqları qənaət tədbirləri barədə məlumatlandırmağa çağırıb.

Rayon Mülki Müdafiə Qərargahı vətəndaşlara içməli suyun verilməsi üçün planlar hazırlayıb.

Mənbə: Yevropeyskaya pravda