Bakıda ayağını pəncərədən çıxaran “Prius” sürücü həbs edildi – VİDEO | DEFAKTO.AZ Bakıda ayağını pəncərədən çıxaran “Prius” sürücü həbs edildi – VİDEO – DEFAKTO.AZ

Bakıda ayağını pəncərədən çıxaran “Prius” sürücü həbs edildi – VİDEO

9

Bakı şəhərində sürücü ayağını çölə çıxararaq avtomobil idarə edib. 

DEFAKTO.az-ın məlumatına görə, “Toyota Prius” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Murad Əşrəfov nəqliyyat vasitəsini idarə edən zaman ayağını çölə çıxarıb, cəmiyyətə açıq hörmətsizlik edərək ətrafdakı sürücülər üçün təhlükəli vəziyyət yaradıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli DEFAKTO.az-a açıqlamasında bildirilib ki, həmin şəxs barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim edilib.

“İctimai qaydanı pozan şəxs artıq saxlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, 10 sutka inzibati həbs seçilib.

Bir daha sürücülərdən və ümumən bütün hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına hörmətlə yanaşmağı və təhlükəsizlik qaydalarına qanun çərçivəsində münasibət göstərməyi xahiş edirik”.

 
 
 

 
 
 
 
 

 
 

 
 
 

 
 

A post shared by DEFAKTO.az (@oxuaz)

İlhamə Əbülfət