İstanbulda kişi küçənin ortasında qadına qarşı zorakılıq etdi, linç olundu – VİDEO | DEFAKTO.AZ İstanbulda kişi küçənin ortasında qadına qarşı zorakılıq etdi, linç olundu – VİDEO – DEFAKTO.AZ

İstanbulda kişi küçənin ortasında qadına qarşı zorakılıq etdi, linç olundu – VİDEO

7

İstanbulun Pendik rayonunda qadına qarşı zorakılıq edən kişi ətrafda hadisəyə şahidlik edən şəxslər tərəfindən döyülüb.

Hücuma məruz qalan qadın taksiyə minərək ərazidən uzaqlaşmağa çalışarkən kişi onun arxasınca düşərək avtomobilə minib və zorakılığı davam etdirməyə çalışıb.

Lakin taksi sürücüsü və hadisə yerində olan digər kişilər onu avtomobildən düşürərək yumruq-təpiklərini işə salıblar.

Kişi və qadın arasında baş vermiş insidentin səbəbləri barədə məlumat verilməyib.

Mənbə: DHA