Şabranda iki avtomobil toqquşub: Ölənlər var | DEFAKTO.AZ Şabranda iki avtomobil toqquşub: Ölənlər var – DEFAKTO.AZ

Şabranda iki avtomobil toqquşub: Ölənlər var

7

Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“DEFAKTO.az”un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Şabran rayonu Gəndob kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.