Bu ilin altı ayında daxili işlər orqanlarına gətirilən yetkinlik yaşına çatmayanların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən “DEFAKTO.az”ın sorğusuna cavab olaraq bildirilib ki, bu rəqəm 2 300 nəfər təşkil edib.
Gətirilənlərin 291-i qızlar, 2 009-u isə oğlanlardır ki, onların 860-ı 14 yaşadək, 1 440-ı isə 14-17 yaşda olanlardır.
Komitədən verilən məlumata görə, daxili işlər orqanlarına gətirilən yetkinlik yaşına çatmayanların 338 nəfəri məşğulluğu olmayan, 342 nəfər isə təhsildən yayınanlardır.
Eyni zamanda qeyd edilib ki, həmin şəxslərdən 22-si spirtli içki və başdumanlandırıcı, üçü narkotik vasitələr və psixotrop maddələr qəbul edənlər, 46 nəfəri valideyn himayəsindən məhrum olanlar, doqquz nəfər atılmışlar və ya imtina edilmişlər, 160 nəfər dilənçilik edənlər, 15 nəfər küçələrdə işləyənlərdir.
267 nəfər İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətə cəlb olunanlardır.
Araşdırma
Azərbaycanda “erkən böyüməyə” məcbur qalanlar: Onlar uçurumun astanasındadır – RƏSMİ
By DEFAKTOSen 18, 2020, 15:20 axşam
207
Previous PostHava dəyişir - güclü yağışa hazır olun - XƏBƏRDARLIQ
Next PostDİM dövlət qulluğuna qəbul üzrə növbəti statistik məlumatları açıqladı