Mərakeşli hücumçu “Milan” yolunda | DEFAKTO.AZ Mərakeşli hücumçu “Milan” yolunda – DEFAKTO.AZ

Mərakeşli hücumçu “Milan” yolunda

34

Mərakeş millisinin və “Çelsi”nin futbolçusu Hakim Ziyeş karyerasını “Milan”da davam etdirmək istəyir.

Bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb.

O qeyd edib ki, hazırda “Milan” rəhbərliyi Hakim Ziyeşin transferi ilə əlaqədar London klubu ilə danışıqlar aparır.

H.Ziyeşin “Milan”ın düşərgəsinə icarə əsasında keçə biləcəyi də ehtimal edilir.

Məlumat üçün əlavə edək ki, H.Ziyeşin “Çelsi” ilə 2025-ci ilə qədər müqaviləsi var.