Azərbaycanın “Eurovision-2021” mahnı müsabiqəsində iştirakı təsdiqlənib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Yenisabah.az-a verilən məlumata görə, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.
18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq “Eurovision-2021” mahnı müsabiqəsində ölkəmizi Efendi (Samirə Əfəndiyeva) təmsil edəcək.
Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Eurovision”un Azərbaycanda rəsmi yayım hüququ İTV-yə məxsusdur.
Yarışmanın Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.