Xalq artisti Nəzakət Teymurova yubileyini məşhur aparıcı ilə qeyd etdi – FOTO | DEFAKTO.AZ Xalq artisti Nəzakət Teymurova yubileyini məşhur aparıcı ilə qeyd etdi – FOTO – DEFAKTO.AZ

Xalq artisti Nəzakət Teymurova yubileyini məşhur aparıcı ilə qeyd etdi – FOTO

47

Xalq artisti Nəzakət Teymurova 50 yaşını qeyd edib.

DEFAKTO.az xəbər verir ki, sənətkar sosial şəbəkə hesabında ad günü yığıncağından paylaşımlar edib.

N.Teymurova qızı Nigarın ona verdiyi hədiyyəni yayımlayaraq: “Nigarımın doğum günümdə mənə hədiyyəsi… Halbuki həyatımın ən böyük hədiyyəsi elə Nigar özüdür. 50 ilimin böyük hissəsini Azərbaycan milli musiqisinə həsr etdim. 100 dəfə həyata gəlsəydim, yenə də həyatımı bu sənətə həsr edərdim. Doğum günümlə əlaqədar saysız-hesabsız təbriklərə görə bütün sənət dostlarıma, tələbələrimə, doğmalarıma təşəkkür edirəm”, – deyə şərh bildirib.

Özəl gününü dostları ilə birlikdə qeyd edən N.Teymurova rəfiqəsi, AzTV-nin keçmiş aparıcısı Ceyran Rəhimova ilə fotosunu paylaşaraq: “Dəyərlim, əzizim, gözəl bacım, çox sağ ol, bugünkü gün üçün. İllərin sınağından keçmiş gözəl gözlüm, hər şey üçün minnətdaram sənə”, – sözlərini qeyd edib.

Sözügedən paylaşımı təqdim edirik:

Dilşad Bəhruzqızı