Qax rayonunun Almalı kənd sakinləri insan həyatı üçün vacib olan sudan məhrum olublar. Almalıda içməli su problemi illərdir davam edir.
İki min nəfərə yaxın əhalisi, 450-yə yaxın evi olan kəndin içməli su probleminin həlli istiqamətində yaşayış məntəqəsinin müxtəlif ərazilərində 12 artezian quyusu qazılıb. Amma bu quyuların əksəriyyətindən su çıxmır. Ya da çıxan suyun təzyiqi çox azdır.
Kənddə su problemi ən çox Qaraqamış adlanan ərazidə yaşanır. Burada yaşayan 60 ailə hər gün evlərinin yaxınlığında olan artezian quyusunda növbə gözləməyə məcbur olurlar.
Daha ətraflı Baku TV-nin süjetində: