Bakıda yerləşən dəbdəbəli evlərdən birinin görüntüsü son günlərin müzakirə edilən mövzularından birinə çevrilib.
Yenisabah.az xəbər verir ki, Goradildən Novxanıya gedən yolda yerləşən imarət hamının diqqətini çəkir. Bir müddətdir sosial şəbəkələrdə fotosu paylaşılan ev geniş müzakirələrə səbəb olur.
Dəniz qırağında yerləşən imarət böyüklüyü və qeyri-adi dizaynı ilə seçilir. Sosial şəbəkə istifadəçiləri bu böyük mülkün Ramiz Mehdiyevə aid olduğuna eyham vururlar. Tikilini ilk dəfə görəndə şoka düşdüklərini bildirən “Facebook” istifadəçiləri hər dəfə ayaq saxlayıb bir neçə dəqiqə onu seyr etdiklərini vurğulayırlar.
Mülkün hansısa məmura məxsus olduğu sual doğurmasa da, həmin şəxsin kimliyi hələ ki, müəmma olaraq qalmaqdadır.
Bəhs edilən evin fotosunu təqdim edirik: