“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 102-ci il dönümünə həsr olunan “İstiqlal Keşikçiləri” adlı videokonfrans keçirilib.
Videokonfransda UNEC-in İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəyli və təşkilatın UNEC Zaqatala filalı üzrə sədri Əli Əhmədzadə də iştirak ediblər. Konfransda çıxış edən İVT sədri Yusif Cəfərbəyli UNEC-in vətənpərvərliyin təbliği ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışıb. Eləcə də 2019-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə UNEC-in birgə təşkil etdiyi “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən mənəvi dəstək aksiyası barədə konfrans iştirakçılarına geniş məlumat verib.
İqtisadiyyat
UNEC İTV “İstiqlal keşikçiləri” mövzusunda konfransa qatılıb
By DEFAKTOİyn 26, 2020, 13:22 axşam
1722
Previous PostAzərbaycanda fahişəliyə cəlb etməklə bağlı 39 fakt - RƏQƏMLƏR
Next PostSahibə Qafarova Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib