ABŞ zəlzələdən zərər çəkmiş Əfqanıstana humanitar yardım göndərəcək | DEFAKTO.AZ ABŞ zəlzələdən zərər çəkmiş Əfqanıstana humanitar yardım göndərəcək – DEFAKTO.AZ

ABŞ zəlzələdən zərər çəkmiş Əfqanıstana humanitar yardım göndərəcək

6

ABŞ rəsmiləri ilə Əfqanıstanda siyasi hakimiyyətə gəlmiş “Taliban” rəsmiləri arasında görüş baş tutacaq.

Bu açıqlama ilə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays çıxış edib.

N.Prays bildirib ki, görüş zəlzələdən ciddi zərər görmüş Əfqanıstana ABŞ tərəfindən humanitar yardımın göstərilməsi ilə əlaqədardır.

Qeyd edək ki, ötən gün Əfqanıstanın Paktika və Host əyalətlərində baş verən zəlzələ nəticəsində 1 500 nəfər həlak olub.

Təbii fəlakətdən 2 000-dən çox insanın zərər çəkdiyi bildirilir.

Mənbə: Sputnik Əfqanıstan