Prezidentin tapşırığı ilə Türkiyədəki meşə yanğınlarının söndürülməsi üçün amfibiya təyyarəsi göndərilir | DEFAKTO.AZ Prezidentin tapşırığı ilə Türkiyədəki meşə yanğınlarının söndürülməsi üçün amfibiya təyyarəsi göndərilir – DEFAKTO.AZ

Prezidentin tapşırığı ilə Türkiyədəki meşə yanğınlarının söndürülməsi üçün amfibiya təyyarəsi göndərilir

6

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin amfibiya təyyarəsi Türkiyəyə yola düşür.

Məlum olduğu kimi, qardaş Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir.

DEFAKTO.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.

Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.

Qeyd edək ki, 2021-ci ilin iyul-avqust aylarında dost ölkədə geniş yayılan meşə yanğınlarının söndürülməsində də Azərbaycan yanğınsöndürənləri iştirak etmiş, eləcə də amfibiya təyyarəsi göndərilmişdi.

İlhamə Əbülfət