Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək? | DEFAKTO.AZ Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək? – DEFAKTO.AZ

Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

9

Azərbaycanda müşahidə olunan küləkli hava şəraiti iyunun 24-dək davam edəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, ölkə ərazisində küləkli hava şəraiti iyunun 24-ü səhərədək davam edəcək.

İyunun 24-ü gündüz və iyunun 25-də isə mülayim cənub küləyi əsəcək. Əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir.

Faktiki havaya gəlincə, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunub, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Qeyd edilib ki, iyunun 22-də yağan leysan yağış nəticəsində saat 15:50-16:10 radələrində Goranboy rayonunun Ağcakənd ərazisindən sel keçib.

Qısa müddət ərzində düşən yağışın miqdarı 128 mm (aylıq normanın 257 faizi) olub.