Azərbaycan Türkiyədəki meşə yanğınlarının söndürülməsi üçün amfibiya təyyarəsi göndərir | DEFAKTO.AZ Azərbaycan Türkiyədəki meşə yanğınlarının söndürülməsi üçün amfibiya təyyarəsi göndərir – DEFAKTO.AZ

Azərbaycan Türkiyədəki meşə yanğınlarının söndürülməsi üçün amfibiya təyyarəsi göndərir

8

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak etmək üçün yola düşür.

DEFAKTO.az-ın əldə etdiyi məlumata görə, təyyarə bir saata yola düşəcək.

FHN-dən məlumatı saytımıza təsdiqləyiblər.

Qeyd edək ki, 2021-ci ilin iyul-avqust aylarında dost ölkədə geniş yayılan meşə yanğınlarının söndürülməsində də Azərbaycan yanğınsöndürənləri iştirak etmiş, eləcə də amfibiya təyyarəsi göndərilmişdi.

İlhamə Əbülfət