Azərbaycanlı məktəbli ukraynalılara məktub yazdı – VİDEO | DEFAKTO.AZ Azərbaycanlı məktəbli ukraynalılara məktub yazdı – VİDEO – DEFAKTO.AZ

Azərbaycanlı məktəbli ukraynalılara məktub yazdı – VİDEO

6

Ukraynaya göndərilən humanitar yardımın içindən azərbaycanlı məktəblinin məktubu çıxıb. 

Bu barədə Baku TV-də yayımlanan “Salam Baku” verilişində məlumat verilib. 

Qeyd edilib ki, 5-ci sinif şagirdi Alina Həmidova məktubunda ukraynalılara öz arzularını çatdırıb. O, məktubunda yazır:

“Biz azərbaycanlıyıq və sizə dəstək vermək istəyirik. Qorxmayın, cəsarətli olun. Sizə uğurlar arzu edirik. Bərk dayanın, tezliklə hər şey bitəcək. Arzu edirik ki, müharibə tezliklə bitsin”.

Ətraflı süjeti təqdim edirik: