Mingəçevir sakinlərinin kabusuna çevrilən ağaclara görə rəsmi müraciət istənilir – VİDEO | DEFAKTO.AZ Mingəçevir sakinlərinin kabusuna çevrilən ağaclara görə rəsmi müraciət istənilir – VİDEO – DEFAKTO.AZ

Mingəçevir sakinlərinin kabusuna çevrilən ağaclara görə rəsmi müraciət istənilir – VİDEO

28

Nə pəncərə açılır, nə də nəfəs almaq olur. Nəhəng ağac beşmərtəbəli binada yaşayanlar üçün çağırılmamış qonağa çevrilib. 

Söhbət Mingəçevirin Aydın Məmmədov küçəsi 1 ünvanından gedir. 

Sakinlər deyirlər ki, külək əsəndə irigövdəli ağac onlar üçün daha ciddi problemlər yaradır. Böyük budaqlar pəncərə şüşələrinə dəyərək sındırır, həmçinin həyətdən keçənlər üçün də ciddi təhlükə yaradır. Gövdəsi çürüyən ağacı elə üzərinə aşdığı bina saxlayır. Sakinlər yaranmış vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumları məlumatlandırdıqlarını deyirlər. 

Qurumuş, ömrünü başa vurmuş ağaclara Mingəçevirdə bir neçə ünvanda rast gəlmək olur. Şəhərin Ş.İ.Xətai küçəsində həm piyadalar, həm də avtomobillər üçün təhlükə mənbəyinə çevrilən çinar ağacları kimi. Şəhər sakinləri güclü külək zamanı fəsadların qaçılmaz olduğunu, bu səbəbdən də həmin ağacların ərazidən götürülməsinin vacib olduğunu deyirlər. 

Mingəçevir bələdiyyəsindən Baku TV-yə bildirilib ki, sakinlər onlara rəsmi müraciət etdikdən sonra bu işlər digər qurumlarla birgə həllini tapacaq.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: