İsrail millisinin sabiq futbolçusu “Neftçi”də – FOTO | DEFAKTO.AZ İsrail millisinin sabiq futbolçusu “Neftçi”də – FOTO – DEFAKTO.AZ

İsrail millisinin sabiq futbolçusu “Neftçi”də – FOTO

5

“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Reqekampfın gəlişindən sonra ilk transfer reallaşıb.

DEFAKTO.az xəbər verir ki, “Neftçi” İsrailin “Aşdod” klubu ilə müqaviləsi bitən Ataa Caberi sıralarına qatıb.

Milliyyətcə ərəb olan 27 yaşlı yarımmüdafiəçi artıq Azərbaycandadır.

Qeyd edək ki, Ataa Caber əvvəllər İsrailin 21 yaşadək millisində çıxış edib.