Samir Məmmədov: “Ənənəvi şəhərlərin “ağıllı şəhər”lərə çevrilməsi prioritetdir” | DEFAKTO.AZ Samir Məmmədov: “Ənənəvi şəhərlərin “ağıllı şəhər”lərə çevrilməsi prioritetdir” – DEFAKTO.AZ

Samir Məmmədov: “Ənənəvi şəhərlərin “ağıllı şəhər”lərə çevrilməsi prioritetdir”

5

“Azərbaycanda rəqəmsal inkişaf sahəsində böyük işlər aparılır. Bu gün ənənəvi şəhərlərin “ağıllı şəhər”lərə çevrilməsi qarşımızda duran prioritet məsələlərdəndir”.

“DEFAKTO.az”un məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib.

Bundan başqa, S.Məmmədov qeyd edib ki, hazırda Azərbaycanda əhalinin 81%-dən çoxunun internetə çıxışı var, ölkədə altı milyondan çox abunəçi genişzolaqlı internetlə təmin edilib.