Toy karvanında və “Son zəng”də avtoxuliqanlıq etdilər – FOTO/VİDEO | DEFAKTO.AZ Toy karvanında və “Son zəng”də avtoxuliqanlıq etdilər – FOTO/VİDEO – DEFAKTO.AZ

Toy karvanında və “Son zəng”də avtoxuliqanlıq etdilər – FOTO/VİDEO

6

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən toy karvanında və “Son zəng” tədbirində avtoxuliqanlıq edən sürücülər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayon sakini Arzuman Nağdəliyev VAZ-21011 markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək təhlükəli manevrlər etməklə qəza törədib və avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşıb.

Sosial şəbəkələrdə “Son zəng” tədbirində VAZ-2107 markalı avtomobil ilə avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə sürücü də polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki sürücü barəsində protokol tərtib edilərək aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Hazırda sonuncu görüntülərdəki digər avtomobil sahiblərinin kimliklərinin müəyyən edilməsi istiqamətin araşdırmalar davam etdirilir.