Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının toplantısı işə başlayır | DEFAKTO.AZ Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının toplantısı işə başlayır – DEFAKTO.AZ

Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının toplantısı işə başlayır

55

Bu gün Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycan Respublikası üzrə təmsilçi direktoru Samir Şərifovun sədrliyi ilə bankın Rəhbərlər Şurasının 24-cü İllik Toplantısı öz işinə başlayır.

DEFAKTO.az xəbər verir ki, illik toplantıda QDTİB-yə üzv dövlətlər – Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın bank üzrə təmsilçi direktorları iştirak edirlər.

Rəhbərlər Şurası Bankın fəaliyyətini qiymətləndirərək 2021-ci il üzrə maliyyə hesabatını təsdiq edəcək. İclasda üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın daha da genişləndirilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi kimi məsələlər diqqət mərkəzində olacaq. 

İyunun 24-də isə İllik Toplantı çərçivəsində QDTİB, Azərbaycan hökuməti, AZPROMO və regional biznes assosiasiyalarının iştirakı ilə, “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes forum təşkil ediləcək. Özəl sektor nümayəndələri və ekspertlərin iştirak edəcəyi forumda iqtisadi diversifikasiya məsələləri müzakirə olunacaq. Qara dəniz regionu üzrə biznes rəhbərləri tərəfindən Azərbaycanda və onun regionlarında ticarət və investisiya imkanları diqqət mərkəzində saxlanılacaq.

İlhamə Əbülfət