Səfər Mehdiyev Prezident Administrasiyasına ÇAĞIRILDI | DEFAKTO.AZ Səfər Mehdiyev Prezident Administrasiyasına ÇAĞIRILDI – DEFAKTO.AZ

Səfər Mehdiyev Prezident Administrasiyasına ÇAĞIRILDI

54

Dövlət Gömrük Komitəsinin bir sıra vəzifəli şəxslərinin həbsindən sonra bu qurumun rəhbəri Səfər Mehdiyev bu gün Prezident Administrasiyasına çağırılıb.

Gununsesi.info-nun verdiyi xəbərə görə, Səfər Mehdiyev PA rəhbərliyi tərəfindən qəbul edilib.

Məlumata görə, Səfər Mehdiyevin Administrasiyada qəbulu 2 saatdan artıq çəkib.

Qeyd edək ki, Gömrük Komitəsi büdcə öhdəliklərini yerinə yetirən qurum olsa da, ancaq fəaliyyətində ciddi ictimai narazılıqlar çoxluq təşkil edir.

Ötən 2 il ərzində gömrük orqanlarında bir neçə anti-korrupsiya əməliyyatları keçirilib.