Donald Trampın vizaların verilməsinə qoyduğu qadağaya etiraz olaraq, 2017-ci ildə “Oskar” mükafatının təqdimetmə mərasimini boykot edən iranlı aktrisa Təranə Əlidusti polis məmurunun davranışı ilə bağlı videonu paylaşdıqdan sonra şərti cəzaya məhkum edilib.
Bu barədə “Daily Mail” xəbər yayıb.
Məlumata görə, aktrisa “əxlaq polisi” ilə hicabsız qadın arasında münaqişənin qeydə alındığı videonu paylaşıb.
“Oskar” mükafatına layiq görülən “Satıcı” filminin baş rol ifaçısı iki il təxirə salınmaqla beş ay müddətinə həbs cəzasına məhkum edilib.
T.Əlidusti “hüquq-mühafizə orqanlarını təhqir etməkdə” və “dövlətə qarşı təbliğat fəaliyyəti”ndə təqsirli bilinib.
Məhkəmənin hökmünə görə, o, növbəti iki il ərzində digər cinayətlərə yol verməsə, həbs cəzasını çəkməyəcək.
Qeyd edək ki, Təranə Əlidusti İranın ən məşhur serialı olan və dünyanın bir sıra öləkələrində yayımlanan “Şəhrizad”da baş rolun ifasına görə də tanınır.(DEFAKTO.az)
Dünya
İranın ən məşhur serialının baş rol ifaçısı həbs edildi – FOTOLAR
By DEFAKTOİyn 26, 2020, 13:13 axşam
1699
Previous PostAzərbaycanda kimlər general-polkovnikdir? - Siyahı
Next PostDÜNYAYA ŞAD XƏBƏR - Koronavirusu 25 saniyədə məhv edən üsul