Rusiya PUA-sı Türkiyə ərazisinə düşüb | DEFAKTO.AZ Rusiya PUA-sı Türkiyə ərazisinə düşüb – DEFAKTO.AZ

Rusiya PUA-sı Türkiyə ərazisinə düşüb

49

Türkiyənin Gümüşhane şəhərinin Kürtün rayonunda dağlıq ərazidə qəzaya uğramış Rusiyanın “Orlan-10” pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

“Haber Global”ın məlumatına görə, nə zaman düşdüyü müəyyən edilməyən PUA-nı göbələk yığmağa gedən vətəndaşlar tapıblar.

1400 kilometr mənzilli PUA-nın müharibə səbəbindən Ukrayna və ya Suriyadan siqnal itdikdən sonra bu bölgəyə gəlib çatdığı güman edilir.

Təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən götürülən PUA ekspertiza üçün paytaxt Ankaraya göndərilib.