Bölgələrdən ucuz alınan meyvələr Bakıda baha satılır – VİDEO | DEFAKTO.AZ Bölgələrdən ucuz alınan meyvələr Bakıda baha satılır – VİDEO – DEFAKTO.AZ

Bölgələrdən ucuz alınan meyvələr Bakıda baha satılır – VİDEO

102

Yay fəsli olmasına baxmayaraq, meyvələrin qiyməti yüksəkdir.

Xezerxeber.az-ın məlumatına görə, bazardakı vəziyyət hətta sosial şəbəkələrdə də müzakirə mövzusu olub.

Paylaşımlardan belə başa düşülür ki, builki qiymətlər əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir.

Paytaxt bazarlarında qiymətlərdən ən çox narazılıq edən alıcıların sözlərinə görə, bahalaşma bütün meyvələrdə müşahidə olunur.

Satıcılar isə bahalaşmanı anbarlarda meyvələrin qiymətlərinin artması ilə əlaqələndirirlər.

Fermerlər isə bildirirlər ki, onların zəhməti ilə başa gələn meyvələrdən iş adamları daha çox qazanırlar. Çünki onlardan ucuz qiymətə alınan məhsullar bazarlara xeyli baha qiymətə çıxarılır.

Ətraflı süjeti təqdim edirik: