Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə yeniliklər olacaq.
DEFAKTO.az-ın əldə etdiyi məlumata görə, imtahanlar regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.
Prosesin idarələr tərəfindən həyata keçirilməsi barədə müzakirələr aparılır.
Məsələ barədə Təhsil Nazirliyi ilə əlaqə saxladıq.
Qurumdan DEFAKTO.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi ilə bağlı yeni mexanizm hazırlanır:
“Mexanizm təsdiq edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.
İlhamə Əbülfət