Rusiya prezidenti Vladimir Putin Qərbdən gələn demokratiya qığılcımının ölkəsinə yayıla biləcəyindən ehtiyat edir.
Bunu Almaniya kansleri Olaf Şolts öz “Twitter” səhifəsində yazıb.
“Görünür, Putin Rusiyaya demokratiya qığılcımının düşə biləcəyindən qorxur. Ona görə də uzun illərdir ki, NATO və Aİ-ni dağıtmağa yönəlmiş siyasət yürüdür. O, öz siyasətini təsir zonasına qaytarmaq istəyir. Amma bunu edə bilməyəcək”, – kansler qeyd edib.
Putin hat offenbar Angst davor, dass der Funke der Demokratie auf Russland überspringen könnte. Deshalb betreibt er seit Jahren eine Politik, die eine Auflösung von Nato und EU zum Ziel hat. Er will zurück zu einer Politik der Einflusszonen. Aber das wird ihm nicht gelingen.
— Bundeskanzler Olaf Scholz (@Bundeskanzler) June 20, 2022