Leyla Abdullayeva: “Ağalı kəndinin sakinləri tezliklə evlərinə qayıdacaqlar” – FOTO | DEFAKTO.AZ Leyla Abdullayeva: “Ağalı kəndinin sakinləri tezliklə evlərinə qayıdacaqlar” – FOTO – DEFAKTO.AZ

Leyla Abdullayeva: “Ağalı kəndinin sakinləri tezliklə evlərinə qayıdacaqlar” – FOTO

33

“Tezliklə Qarabağdakı işğal edilmiş ərazilərimizi tərk etmək məcburiyyətində qalmış ailələr 30 il sonra öz evlərinə qayıda biləcəklər”.

Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva öz “Twitter“ hesabındakı paylaşımında yazıb.

“Zəngilanın Ağalı kəndinin sakinləri tezliklə öz evlərinə qayıdacaqlar. Bu, işğal zamanı evlərini itirənlər üçün önəmli andır və məhəllələrin yenidən inşasında birinci addımdır”, – Leyla Abdullayeva qeyd edib.