İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan baş nazirinin müavini ilə görüşüb.
Bu barədə Mikayıl Cabbarov “Facebook” hesabında paylaşım edib.
“Özbəkistan Respublikasının baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakovla ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, sənaye, energetika, kənd təsərrüfatı, investisiya və KOB sahəsində əməkdaşlığın inkişafı barədə faydalı müzakirələr apardıq”, – deyə nazir qeyd edib.