Bu gün Azərbaycanla Özbəkistan arasında keçirilən biznes forum çərçivəsində ölkələr arasında bir sıra sənədlər imzalanıb.
DEFAKTO.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.
O bildirib ki, Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində imzalanan sənədlər əqli mülkiyyət, sənaye, enerji, tikinti, turizm, ixrac və investisiyaların təşviqi, ticarət, KOB-lar və s. sahələrdə yeni əlaqələrin qurulmasına, biznes qurumlarımız arasında əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradacaq.
Nazir vurğulayıb ki, Özbəkistan-Azərbaycan biznes forumunda ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, biznes dairələrinin əlaqələrinin genişləndirilməsi imkanlarını nəzərdən keçirilib: “Özbəkistan iş adamlarını ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət etdik”.