Ölkə ərazisində karantin səbəbilə bir neçə aydır ki, Bakıdan digər rayonlara gediş-gəlişdə məhdudiyyətlər var.
“MediaPost”un əldə etdiyi məlumata görə, ötən günlərdə Əməkdar artist Ruhəngiz Allahverdiyeva sözügedən məhdudiyyətləri nəzərə almayaraq Qubaya yollanmaq istəyib. Lakin onun bu arzusu baş tutmayıb.
Sənətçini Bakı-Quba yolunda yerləşən postdan geri qaytarıblar. O buna etiraz edib polislərlə mübahisə yaratsa da, R.Allahverdiyevanın cəhdləri uğursuzluqla nəticələnib.
Qeyd edək ki, bundan öncə də Əməkdar artist Elnarə Abdullayeva bölgələrin birinə yollanmaq istəyib, amma geri qaytarılıb.
Previous PostTəhsil Nazirliyində vətəndaşların qəbulu dayandırılır
Next PostRespublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu yenidən qurulub