Rusiyanın Yakutiya Respublikasında “An-2” təyyarəsi radardan itib.
Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.
Bildirilib ki, təyyarənin göyərtəsində üç nəfər olub.
Məlumat üçün qeyd edək ki, “An-2” – sovet istehsalı olan çoxməqsədli təyyarədir. “An-2” kənd təsərrüfatı, idman, nəqliyyat, təlim, sərnişin təyyarəsi kimi istifadə edilir və bir çox ölkələrin hava qüvvələrinin arsenalında yer alır.
Mənbə: TASS