Mayami Polis İdarəsi “Ukrayna üçün silah” proqramını həyata keçirib – cəbhədəki ukraynalılara göndərmək üçün şəhər əhalisindən odlu silahları satın alıb.
Tapançalar üçün 50 dollar, ov tüfəngləri üçün 100 dollar və AK-47 və ya AR-15 kimi tüfənglər üçün 150 dollar ödənilib.
“Odlu silahlarınızı təhvil vermək üçün hələ də gec deyil, heç bir sual verilmir! Silahların alınması Mayami şəhər meriyasında saat 14:00-a qədər həyata keçirilir”, – deyə Mayami Polis İdarəsi “Twitter”də #SupportUkraine və #GunBuyBack heşteqlərini əlavə edərək yazıb.
Mayami polis rəisi Manuel Moralesin sözlərinə görə, bu yolla 68 silah toplanıb, amma “onlardan yalnız bir neçəsi Ukraynadakı dostlarımıza göndərmək üçün uyğundur”.
It’s not to late to turn in your firearm, No questions asked!
Gun Buy Back happening now at Miami City Hall until 2 p.m. 3500 Pan American Drive #SupportUkraine #GunBuyBack https://t.co/RRdwGDg3YX pic.twitter.com/gsgZZWv31W
— Miami PD (@MiamiPD) June 18, 2022
Mənbə: ZN.ua