Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub – VİDEO | DEFAKTO.AZ Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub – VİDEO – DEFAKTO.AZ

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub – VİDEO

9

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.