Bu gün səhər eşitmişəm ki, millət vəkillərinin maaşı artıb. Zəng vurmuşdular ki, xəbəriniz varmı maaşlarınızı artıblar. Təbii ki, ölkəmizdə zaman-zaman maaşlar artırılır, hakimlərin, həkimlərin, digər dövlət qulluçularını da maaşlarının artdığını görmüşük. Deputatların məvacibləri müəyyən şəxslərin maaşları ilə bir səviyyədə tutulur. Amma nədənsə heç kəsin artan maaşı gözə dəymir, bədbəxt oğlu deputatın maaşı hamının gözünə batır.
Defakto.az teleqraf.com saytına istinadən xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbas deputatların maaşlarının artmını şərh edərkən deyib:
“Hələ deputatların maaşı artırılmamışdan deyirdilər ki, 8-10 min alırlar. Vallah, 1750 manat maaş alan deputatam. Elə 1750 də dərdi olan adamam. Mənə bu barədə söz deyənlərə dedim ki, buyurun, telefonuma gələn mesajları açaq, oxuyaq, sonra danışarıq. İndi də deyirlər ki, maaşınız niyə artıb? Bunu biz eləmirik ki… Artıb-artıb da… Deyək ki, yox artırmayın?! Əslində heç maaşımızın nə qədər artdığını da bilmirəm. Bu dəqiqə 40 deputat adı çəkərəm ki, yetimlər kasıblıqla dolanır. İndi sadəcə olaraq topu ötürürlər ki, deputatları söysünlər”.
Aqil Abbas Konstitusiya Məhkəməsinin, rayon məhkəmləri hakimlərinin, ombudsmanın da maaşının artdığını xatırladıb: “Onlar barədə bir söz deyən yoxdur. Ancaq söyülmək üçün elə deputatları nişan verirlər. Qoy söysünlər, neyləyək?