Dünya Kuboku tarixində ilk CİNSİ ƏLAQƏ VƏ SPİRTLİ İÇKİ QADAĞASI | DEFAKTO.AZ Dünya Kuboku tarixində ilk CİNSİ ƏLAQƏ VƏ SPİRTLİ İÇKİ QADAĞASI – DEFAKTO.AZ

Dünya Kuboku tarixində ilk CİNSİ ƏLAQƏ VƏ SPİRTLİ İÇKİ QADAĞASI

69

Qətər futbol üzrə dünya çempionatı üçün ölkəyə gələcək azarkeşlərə açıq şəkildə xəbərdarlıq edib ki, nikahdankənar münasibətlərə yol verilməsin. Bundan əlavə spirtli içkilərlə bağlı qadağalara da əməl olunması tələb edilib. Qaydaları pozan şəxsləri isə 7 ilə qədər həbs cəzası gözləyir

Defakto.az xəbər verir ki, bu barədə “haberler.com” məlumat yayıb.

Mövzu ilə bağlı İngiltərə mətbuatına açıqlama verən polis rəsmisi bildirib ki, bu turnirdə qətiyyən bir gecəlik münasibətlər olmayacaq: “Əgər xanımınızla gəlməyəcəksinizsə, bu turnirdə cinsi əlaqə menyudan çıxarılıb. Bu turnirdə qətiyyən bir gecəlik görüşlər olmayacaq. Partilər olmayacaq. Həbs olunmaq istəmirsinizsə, bu qaydalara riayət etməlisiniz”.

Azarkeşlərin nikahdankənar seks və spirtli içkilərə çox diqqətli olmasını istəyən FİFA rəsmiləri Qətərin tolerantlıq göstərməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Qətərdə keçiriləcək 2022-ci il Dünya Çempionatının baş direktoru Nasser əl-Hatər tənqidlərlə bağlı bunları deyib: “Hər bir azarkeşin təhlükəsizliyi bizim üçün çox vacibdir. Ancaq açıq havada müəyyən tədbirlər xoş qarşılanmır. Bu, bizim mədəniyyətimizdə yoxdur və hər kəsə aiddir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir