Büdcəyə yenidən baxılır – Maaş və pensiyalar artırılacaq? | DEFAKTO.AZ Büdcəyə yenidən baxılır – Maaş və pensiyalar artırılacaq? – DEFAKTO.AZ

Büdcəyə yenidən baxılır – Maaş və pensiyalar artırılacaq?

356

Milli Məclisdə cari ilin dövlət büdcəsinə dəyişiklik müzakirə olunur. Müzakirəyə çıxarılan layihədə dövlət büdcəsinə yenidən baxılması, müxtəlif sahələrə vəsaitin artırılması nəzərdə tutulur. 

Büdcəyə dəyişiklik zamanı pensiya və əmək haqları artırıla bilərmi?

Defakto.az modern.az saytına istinadən xəbər verir ki, bu barədə danışan iqtisadçı ekspert Natiq Cəfərli bilidirib ki, iki istiqamət üzrə, yəni işğaldan azad edilmiş ərazilərlə bağlı və ordu quruculuğu ilə bağlı xərclər daha çox artırılacaq.

“Sosial müdafiə istiqamətinə 299 milyon manat əlavə vəsait ayrılacaq. Bu vəsaitin hansı istiqamətlərdə xərclənəcəyi, kimlərin təqaüd və maaşlarının artırılacağı ilə bağlı informasiya yoxdur. Mən şəxsən minimum əmək haqqı ilə bağlı artımın olacağını düşünmürəm. Çünki Azərbaycanda həmişə minimum əmək haqqı Prezident fərmanı ilə artıb. Ona görə də, büdcəyə baxılarkən artımın olacağına çox az ehtimal var”, – deyə N.Cəfərli vurğulayıb. 

İqtisadçı deyib ki, ayrılan vəsait cəmi 300 milyon manat olduğundan bunun həm də təqaüdlərə aid ediləcəyini düşünmək çətindir:

“Çünki ölkədə 1 milyon 300 min təqaüdçü var. Ancaq qazilərin, şəhid ailələrinin və bu kimi sosial qrupa aid olan şəxslərin müavinətlərində artım ola bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir