“Son zamanlar cəmiyyətimizdə qadın qətilləri artıb. Bu, dəhşətdir. Buna bir dur deyən tapılacaqmı?”.
Bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə yazıb. Aktrisa qadına şiddətdən bəhs edərkən bunları əlavə edib:
“Psixologiyasına hakim ola bilməyən, tufeyli həyat yaşayan kişiciklər öz uğursuzluqlarının qisasını qadınlardan alırlar. Cəmiyyətin mental düşüncələrinə arxalanaraq özlərini müdafiə etmək üçün qadınlarına ləkə yaxıb namussuz damğası vururlar. Bu, artıq get-gedə adi hal almağa başlayıb. Acınacaqlı və çox qorxuludur. Əgər bunun qarşısı alınmasa, artıq heç bir qadın bundan sığortalana bilməyəcək. Əgər qadın və kişi həqiqətən xəyanət edibsə, cinayət məsuliyyətinə cəlb olunsun. Qadın hüquqlarını müdafiə edən qurumlar ayılmalı və müvafiq tədbirlər görməlidirlər. Qadın qatillərinə son deyilməlidir, cəzalar sərtləşdirilməlidir”.(Axşam.az)
Şou
“Qadın və ya kişi xəyanət edibsə, cinayət məsuliyyətinə cəlb olunsun” – Xalq artisti
By DEFAKTOSen 07, 2020, 09:50 səhər
331
Previous PostMüəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilir
Next PostMahir Emreli yığmamızın heyətindən kənarlaşdırıldı