Müğənni Dilarə Kazımova Türkiyədə lentə aldırdığı klipini təqdim edib.
Defakto.az xəbər verir ki, estrada ulduzu sözləri və musiqisi Fidan Alivaya məxsus “Xarizma” mahnısını ekranlaşdırıb.
İdeyası Dilarənin özü və Səbinə Şahiyə məxsus ekran işinin rejissorluğunu Buse Tırman edib.
Sözügedən klip üçün toplam 15 min dollar xərclənib.