“Baykar Savunma”nın texniki direktoru Selçuk Bayraktar Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma” ilə bağlı paylaşım edib.
Defakto.az Sfera.az-a istinadən xəbərverir ki, o paylaşımında “Bayraktar Kızılelma”nın artıq rəngləndiyini bildirib:
“Bayraktar Kızılelma”nın rənglənmiş halı ilə ilk görüntüsü”.
Qeyd edək ki, qədim türk mifoloagiyasına əsasən, “Qızıl alma” türklərin, xüsusilə oğuz türklərinin hədəfinin simvoludur.
Türkçülüyün simvollarından biri olan “Qızıl alma” bir növ arzulanan, lakin uzaq, hətta əlçatmaz məqsəd hesab edilir.