AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının məqaləsi Misir Ərəb Respublikasının “əl-Daulə” informasiya agentliyində dərc edilib.
Moderator.az-ın məlumatına görə, məqalə “Beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycanın Qubadlı şəhərini işğal etməsini qınayır” adlanır.
Məqalədə Qubadlı şəhərinin tarixindən və ermənilərin 31 avqust 1993-cü ildə tarixi Azərbaycan torpağını işğal etməsindən bəhs edilir. Yazıda, həmçinin beynəlxalq təşkilatların erməni işğalı barəsində çıxardığı qətnamə və bəyanatlara da toxunulub.
Məqalənin linki: http://www.aldawlanews.com/archives/681806