Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində Şuşada parlament komitələrinin birgə iclası keçiriləcək.
Defakto.az xəbər verir ki, iyun ayının 11-də Şuşa şəhərində Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitəsinin birgə iclasının keçirilməsi planlaşdırılır.
İclasın gündəliyi hələlik açıqlanmayıb, bu barədə yaxın günlərdə məlumat veriləcək.