Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin edilib.
Defakto.az xəbər verir ki, Rəşad Orucov və Əliyar Məmmədyarov Bankın İdarə Heyətinə üzv seçiliblər.
Qeyd edək ki, bu təyinata qədər Rəşad Orucov Mərkəzi Bankın Baş direktoru, Əliyar Məmmədyarov isə Mərkəzi Bank sədrinin (Elman Rüstəmovun – red) müşaviri olub.
Qeyd edək ki, İdarə Heyətinin 3 üzvünün səlahiyyət müddəti ötən ay başa çatıb. Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev sonuncu dəfə 2017-ci ilin mart ayında Milli Məclisin qərarı ilə 5 il müddətinə İH-nin üzvü seçilmişdilər.
Xatırladaq ki, bu ilin aprelin 12-də Taleh Kazımov Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub. Aprelin 13-də isə o, Prezident İlham Əliyevin sərəncamı ilə Taleh Kazımov Azərbaycan Mərkəzi Bankının sədri təyin edilib.