Təhsil Nazirliyinin Ramiz Mehdiyevlə Bağlı Açıqlaması Səhv Çıxdı – Kərəm Həsənov Hədəfdə | DEFAKTO.AZ Təhsil Nazirliyinin Ramiz Mehdiyevlə Bağlı Açıqlaması Səhv Çıxdı – Kərəm Həsənov Hədəfdə – DEFAKTO.AZ

Təhsil Nazirliyinin Ramiz Mehdiyevlə Bağlı Açıqlaması Səhv Çıxdı – Kərəm Həsənov Hədəfdə

255

Yerli mediada Bakının Nərimanov rayonunda yerləşən Humanitar Kollecin və yaxınlığındakı 50 sot parkın Ramiz Mehdiyevin ailəsi tərəfindən özəlləşdirildiyi ilə bağlı xəbər yayılıb.

Təhsil Nazirliyi isə öz açıqlamasında dövlətin kollecinin özəlləşdirilməsinin mümkün olmadığı və bu məsələdən xəbərsiz olduqlarını ifadə edib.

Defakto.Az xəbər verir ki, Sfera.az-ın araşdırması nəticəsində isə məlum olub ki, həqiqətən də Humanitar Kollec və 50 sot park ərazisi özəlləşdirilmiş və sözügedən əraziyə Dövlət Əmlak Komitəsi tərəfindən çıxarış təqdim edilmişdir.

Qeyd edək ki, sənədlər Mehdiyeva Nigar İsmayıl qızı adına rəsmiləşdirilib.

Mehdiyeva Nigar İsmayıl qızının kimliyi araşdırılarkən bəlli olub ki, O Fövqəladə Hallar Nazirinin müavini Teymur Mehdiyevin (Ramiz Mehdiyevin oğlu) həyat yoldaşıdır.

Ramiz Mehdiyevin gəlininin Bank “BTB” ASC-nin əsas səhm sahibi olduğu da heç kəsə sirr deyil. Nigar Mehdiyeva bankın səhmlərinin 75%-nin sahibidir. Başqa sözlə, bank kapitalının 50 milyon manatı onundur. Bank “BTB” ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvstisiya Şirkəti” ASC-nin təsisçisidir.

Əgər Təhsil Nazirliyinin mövzudan həqiqətən xəbəri yoxdursa, sual yaranır ki, o zaman Dövlət Əmlak Komitəsinin sədri olmuş Kərəm Həsənov özəlləşdirməni nəyə əsasən həyata keçirib?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir