Pulsuz tibbi xidmət hansı xəstəxanalarda keçərlidir? – SİYAHI | DEFAKTO.AZ Pulsuz tibbi xidmət hansı xəstəxanalarda keçərlidir? – SİYAHI – DEFAKTO.AZ

Pulsuz tibbi xidmət hansı xəstəxanalarda keçərlidir? – SİYAHI

253

Bir çox hallarda vətəndaşlar dövlət tibb müəssisələrinə icbari tibbi sığorta ilə müraciət edərkən müəyyən problemlərlə qarşılaşırlar.

BAKU.WS xəbər verir ki, vətəndaşlara çox zaman müraciət etdiyi tibbi xidmətin icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olmadığı və ya düzgün xəstəxanaya müraciət etməli olduqları deyilir.

Bəs icbari tibbi sığorta xidməti hansı xəstəxanalarda keçərlidir? Bu sualı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Pərvin Baxşəliyeva AZTV-yə açıqlamasında cavablandırıb.

O bildirib ki, icbari tibbi sığortanın xidmətlər zərfinə 2500 sayda tibbi xidmət daxildir: “Bu tibbi xidmətlər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində göstərilir. Əgər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində bu xidmətin göstərilməsi mümkün olmazsa, vətəndaşlar göndərişlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli özəl tibb müəssisələrinə göndərilir”.

TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin siyahısı

Tibb müəssisəsində ixtisaslı həkimlər tərəfindən lazım olan tibbi xidmət göstərilir. Tibbi zərurət olduqda təminata alınan bütün laborator, diaqnostik müayinələr, fizioterapiya, ambulator və stasionar (xəstəxanada yatış) tibbi xidmət ödənişsiz həyata keçirilir.

Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı

Göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsində Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlana bilərsiniz. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa özəl tibb müəssisəsinə müraciət etsəniz, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaitiniz hesabına ödəməlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir